Toplam Sayfa Görüntüleme Sayısı


Azerice Fikret Dündar Şiirleri

Şiirler Dr.Fikret Dündar-Çeviren Dr.Shafaq Badalova


AH, NEYLƏYİM SEVGİLİM, NEYLƏYİM SÖYLƏ SƏNİ

Ah ,neyləyim sevgilim, neyləyim söylə səni
Həsrət əkdin könlümə, gəlib bir gör halımı
Qoxlamamı cox gördün, cox üzürsən sən məni
Həsrət əkdin könlümə, gəlib bir gör halımı

İllər bizə nə verdi, inan, hamısı yalan
Ölmaz olsun bu qürbət, bizləri dərdə salan
Neçə günümüz var ki, geridə bizə qalan
Həsrət əkdin könlümə, gəlib bir gör halımı

Gecə gündüz ağlaram, kimsəm yox səndən yaxın
Dərdlərim addım addım gəlir axın axın
Bəsdir daha, artıq gəl çiçəklər, güllər taxın
Həsrət əkdin könlümə, gəlib bir gör halımı

Yazanı : Dr. Fikret Dündar
Tərcümə edəni: Dr. Şəfəq Bədəlova           
21.11.2019 - Bakü



BAĞRIM YARALANDI


Bağrım yaralandı, tükənir nəfəsim
Tutar məni bəzən bitməz hıçqırıq
Nə köhnə nəşəm qalır, nə də həvəsim
Yanır durur bağrım, bu qəlbim qırıq

Görmürmü taleyin görəsən gözü
Bu qədərmi insafsız, yandırır özü
Üfüqlər duman olur, görməz göz gözü
Baxışım əfsunkar, bedenim soyuq

Dərd çəkmək zordur, çəkənlər bilir
Yanan urək közdür, bilənlər bilir
Vəfasızı qəlbdən silənlər bilir
Carə yoxmu dərdimə, qanadım qırıq

Dr.Fikret Dündar
Çeviren : Shafak Badalova
21.11.2019 - Bakü



BAHAR PAYIZA KECMEDEN

Bahar payıza kecmeden
Qacıb getmek olar mı?
Könül bir gül seçmeden,
Qacıb getmek olar mı?

Ne haldayam, bir bilsen.
Göz yaşımı sən silsən.
Buse bele vermədən.
Qacıb getmək olar mı?

Payız qışa dönmeden,
Eşq atəşi sönmeden,
 Həsrətim heç bitmeden,
Qaçıb getmək olar mı?

Dr. Fikret Dündar
Çeviren : Dr. Shafak Badalova



BAXIŞI BİR BAŞGADIR GÖZEL YARIMIN


 Baxışı bir başqadır gözel yarımın.
 Eşqdən söz edər amma, durma gel deməz.
 Anladım tek caresi odur derdimin.
 Eşqdən söz edər amma, durma gel deməz!

 Demək belə yazılmış alnıma yazı.
 Dadamadım nədənsə sevinci nazı.
 Qalmadı hec ömrümün baharı, yazı.
 Eşqdən  söz edər amma, durma gel deməz!

 Könul bu, arzu edər, naz nedir bilməz.
 Qəlbi qırıq olsa da yenə hec silməz.
 Geri gelir gedənler, mənimki gelməz.
 Eşqdən  söz edər amma, durma gel deməz!

 Dr.Fikret Dündar
 Çeviren : Dr. Shafak Badalova


MƏN DƏ SEVDİM BİR ZAMANLAR...

Mən də sevdim bir zamanlar, dərdə dərman olmadı.
Keçdi gənclik çağlarım, qəlbimdə taqət qalmadı.
Kimsə bilməz, yandı bağrım eşqə düçar oldu can.
Keçdi gənclik çağlarım, qəlbimdə taqət qalmadı.

Neyləsəydim bilmədim heç, çarəsiz qaldım, inan.
Çəkdiyim çox anladılmaz, cana candır aldanan.
Çəkməyən bilməz, nələr çəkmişbu can, candır yanan.
Keçdi gənclik çağlarım qəlbimdə taqət qalmadı.

Yazanı : Dr.Fikrət Dundar
Tərcümə edəni: Dr. Şəfəq Bədəlova



BİR BAXIŞ VARDI

Bir baxışı vardı,
Xəyala daldım.
Halım yaxşı deyil,
Sormayın dostlar!

 Qəlbim sevgi dolu,
həsrət az deyil.
Titrəyir bu qəlbim,
Çalan saz deyil.

Nədən mən bulandım?
Fəsil yaz deyil.
Halım yaxşı deyil,
Yormayın dostlar.

Dr. Fikret Dündar
Dr. Shafak Badalova
22.11.2019 - Bakü


BELƏ Mİ BİTƏCƏKDİ?

Beləmi bitəcəkdi
Söylə, bu eşqin sonu?
Nələr çəkdim mənə sor
Yoxmuydu başqa yolu?

Könlümü sənə verdim
Görmədim sağı, solu.
Nələr çəkdim mənə sor
Yoxmuydu başqa yolu?

Uğruna can verirdim
Bu qəlbim kədər dolu.
Nələr çəkdim mənə sor
Yoxmuydu başqa yolu

Yazanı :Dr Fikrət Dundar
Tərcumə edəni :Şəfəq Bədəlova



SEN BİR ÇALIKUŞUYDUN

Sen bir çalıkuşuydun.
Ucub kondun könlüməi
Yaxaladım qanadın
Ucaraq getmə deyə!

Qelbime sevinc qatdın
Mən eşqi sende tapdım.
Duama dua qatdın
Ucaraq getmə deyə!

Yuva qurdum qəlbimdə
Bir mən oldum sən mende.
Tanriya dua etdim
Ucaraq getmə deyə!

 Bir denem Calıkuşum!
 İnan serxoş olmuşam.
Qan damır, bax , qəlbimdən
Sorma heç vurulmuşam.

Dr. Fikret Dündar
Çeviren : Dr. Shafak Badalova
12.11.2019



ÇOX DƏRİNDİR

Çox dərindir qəlbdə kədər, nədən heç sonu olmur?    
Keçdi ömrüm mənasız, kimsə dərdimi sormur.
Dostlar indi yoxdur, bax, kimsə həmdəm olmur.
Gözlərim hey yolda, gözlər səni, yox səndən xəbər!

Elə həsrət çəkdi könlüm, xəstə oldum, ah ,qədər!
Çarpır qəlbim inan heç sorma halımı, dərbədər.
Olmur sənsiz sabahlar, doğmur sənsiz hec günəş.
Gözlərim hey yolda gözlər səni, yox səndən xəbər!

Yazanı: Fikrət Dündar
Tərcümə edəni: Şəfəq Bədəlova
25.11.2019 – Bakü



DƏRDİMİZİ BİLMƏYƏN

Dərdimizi bilməyən, halımızı nə anlar?
Sormayın , harda qaldı sevdiyimiz o canlar?     
İnanın, ömür qısa, bu ayrılıq olmasa.
Sormayın harda qaldı sevdiyimiz o canlar!

Gəlmişik gedirik artıq biz bu dünyadan.
Görmədi vəfa bu can, nə yadlardan, nə yardan.
İllərcə şikayetçi könlündə yanan oddan.
Sormayın harda qaldı sevdiyimiz o canlar?

Yazanı :Dr Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova




DƏRƏ, TƏPƏ AŞDIM...


Dərə ,təpə aşdım, mən sənin üçün.
Gözləmədin, nədən getdin, sevgilim?
Qovurdu həsrətin, gəlmədin nə üçün?
Gözləmədin, nədən getdin, sevdiyim ?      

Yandırdın könlümü, bağtım qanayır.
Atəşdən oxdurmu bu, canım çox yanır.
Fərq etmədi könlümbax, ağrım sanır.
Gözləmədin, nədən getdin, sevdiyim?

Xəyal aləmində sən mənə yetdin.
Həyat haram oldu buraxıb getdin.
İnan,dərdim bir ikən, sən də min etdin.
Gözləmədin, nədən getdin, sevdiyim?

Yazanı :Dr. Fikrət Dundar
Tərcümə edən : Şəfəq Bədəlova



QƏLBİM SIZLAR YANA YANA

Qəlbim sızlar yana yana.
Ağlayıram için için.
Doymadıq heç qana qana.
Söyləsənə , ata, neyçün?

Bağrıma saplandı bir ox.
Həsrət çəkirik biz lap çox.
Salam da yox, xəbər də yox,
Söyləsənə ata, neyçün?

Bu ayrılıq gəldi başa,
Heç baxmır o gözə, qaşa.
Qaldıq kədərlə baş başa.
Söyləsənə ata, neyçün?

Yazanı : Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova
23.11.2019 - Bakü




QANADIM QIRIQDIR, QƏLBİM YARALI

Qanadım qırıqdır ,qəlbim yaralı.
Payız zərbəsin yedim, neyləyim?
 Qədərim beləymiş, bəxtim qaralı.
Payız zerbesini yedim, neyləyim?

Yalnızlıq şərabı içmiş kimiyəm.
Sanki mən özümdən kecmiş kimiyəm.
Başqa bir dünyanı seçmiş kimiyəm.
Payız zərbəsin yedim, neyləyim?

Qalmadı taqətim, bu qədər yeter.
Halım heç hal deyil, dünəndən betər.
Dəftərim qapanır, ömrüm də bitər.
Payız zərbəsin yedim, neyləyim?

Dr.Fikret DündR
Çeviren : Shafak Badalova




KEÇMİRDİ HEÇ AĞLIMDAN

Keçmirdi heç ağlımdan, hüzün qapımı çaldı.   
Səni məndən ellər deyil, qara taleyim aldı!
Geridə bir qırıq qəlblə, axar göz yaşım qaldı.
Səni məndən ellər deyil, qara taleyim aldı.

Yazanı : Dr.Fikrət Dundar
Tərcümə edən i: Dr. Şəfəq Bədəlova




KEDERLENME UREYİM

ller kececek konlum, nece guller solacaq.
Kederlenme ureyim  bir gun gunes doqacaq!
Goz yasim, axib durma, senin gunahin yox,
Kederlenme ureyim bir gun gunes doqacaq!

Bele asan olmasa, cox cetin olsa da.
Qiriq qelbim sızlama, icin qemle dolsa da.
Dualar et Allaha, bir gun omrun qalsa da,
Kederlenme ureyim bir gun gunes doqacaq!

Sebir edersen eger gemin yel olar geder.
Ozune diqqet etmezsen keder sel olar geder.
Sev yene sevdiyini, yoxsa yad olar geder.
Kederlenme ureyim bir gun gunes doqacaq!!

Dr. Fikret Dündar
Çeviren : Dr. Shafak Badalova


SƏNƏ ALDANDIM, AMMA

Sənə aldandım amma ,
Səndə vəfa yox könül!
Yandıqca yandım amma,
Dərdə şəfa yox könül!

Gəlməz oldu zalım yar.
Keçdi getdi bu bahar.
Söylə , indi kimim var?
Əhdə vəfa yox könül!

Çəkdiyim cəfa azmı ?
Bağrımda çalan sazmı?
Etdiyin mənə nazmı?
Məndə səfa yox könül!

Yazanı : Dr .Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova



MAVİ DƏNİZ GÖZLƏRİN

Mavi deniz gözlərin.
Ürək yaxan sözlərin.
Eşq baxçası dilberim.
Elə baxma nə olar!

Urək yaxma nə olar.
Al gul dərmə nə olar.
Halım hal deyil mənim.
Elə baxma nə olar!

Uzağa getmə gözəl,
Durma artıq durma gəl
Səndən başka hamı yad.
Elə baxma nə olar!

Dr. Fikret Dündar
Çeviren : Dr. Shafak Badalova
13.11.2919 -Bakü



SƏNDƏ HEÇ VƏFA YOXMU
Səndə hec vəfa yoxmuş, məni bu halımla an.
Günü gəldiyində dərdin həm hicranınla yan.    
Bu dünya kimə qalmış, yenə də sən elə san.
Günü gəldiyində dərdin, həm hicranınla yan!

Yazanı :Dr Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova
27.22.2019 - Bakü




SƏNİ SEVDİM GÖZƏL YARIM

Səni sevdim gözəl yarım mələk sandım, sevdiyim!.
Sənlə varam ürək yarım aldandım mən, sevdiyim.
Mənlə deyilsənsə sorma, artıq mən də deyiləm.
Ağlım səndə, fikrim səndə, inan özümdə deyiləm!,

Yazanı :Dr Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova



SEVERSE KONULLAR

Severse konuller yasarmis meger .
Bir udum sevgi bir omre deyer.
Geceler qarisir gunduzlerine,
Seversen gozeli konulden eger!

Adi bele xosdur qelbi cosdurur.
Yorulmaq bilmezsen her an danisir.
Tutilmusan esqe, soyle gunahmi?
 Seversen gozeli konlunce eger!

Sevgiyle doyulmaz, bele deyirler.
Yar yerine kimse qoyulmaz deyirler.
Ne yarla ne yarsiz olmaz deyirler.
Seversen gozeli konlunce eger!

Dr.Fikret Dündar
Çeviren : Dr.Shafak Badalova
12.11.2019




SEVGİ GÖZLER HER BİR UREK

Sevgi nedir bilmek gerek.
Sevgi gozler her bir urek.
Sevgi demek heyat demek,
Sevgi gozler her bir urek !

Sevmenin hec azi olmaz
Calmayanin sazi olmaz
Sevmeyenin nazı olmaz.
Sevgi gozler her bir urek!

Fesli yoxdur bilmek gerek.
Omur boyu sevmek gerek.
Qelbden qelbe girmek gerek.
Sevgi gozler her bir urek.

 Konul acan qonce güldür.
 Oter durar seven bulbul.
 Sen de sevib uzu güldür.
 Sevgi gozler her bir urek!

Dr.Fikret Dündar
Çeviren : Dr. Shafak  Badalova




SORMA HALIMI MƏNİM

Sorma halımı mənim.
Gizlidir, gizli dərdim,
Nə eylədim fələyə?
Azdırmı cəkdiklərim?

Adı qalmış vəfanın.
Qulu olduq cəfanın.
İnsaf yoxmu fələkdə?
Azdırmı cəkdiklərim ?

Gözəl günlər gözləndi.
Dərdə dərhal yükləndi.
Küskünəm mən fələyə.
Azdırmı cəkdiklərim?

Yazanı : Dr Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova



MAHNI OLDUN ARTIQ SƏN

Duyğu yüklü tellərdə,
Nəğmə oldun artıq sən.
Uzaq yaxın ellərdə,
Mahnı oldun artıq sən.

Nəğmən indi dillərdə.
Kaş ki, dinləyə bilsən!
Gecə gündüz hər yerdə,
Mahnı oldun artıq sən.

Könüllərdə taxt qurdun,
Hər kəs onu dinlərkən.
Lap ürəyindən vurdun.
Mahnı oldun artıq sən!

Yazanı : Fikrət Dündar
Tərcümə edəni : Şəfəq Bədəlova
 27.11.2019 – Bakü



YOL GÖSTƏRSƏN DƏ MƏNƏ

Səndən başqa bir gülü İyləmərəm mən artıq.
Unutsan da adımı, yol göstərsən də mənə.
Tökülən göz yaşımı, saxlamaram mən artıq.
Qırsan da bu qəlbimi, məhv eyləsən də məni.

Yazanı : Dr. Fikrət Dündar
Tərcümə edəni : Şəfəq Bədəlova





DƏRDİMİ, HİCRANIMI GÖZYAŞLARIMA TÖKDÜM

Dərdimi, hicranımı gözyaşlarıma tökdüm.
Cavab vermədi kimsə, səni yellərdən sordum.
Biçarə qaldı könlüm, həmən boynumu bükdüm.
Orda burda dolaşdım, səni ellərdən sordum.

 Mübtəlası oldum mən, o yaşıl gözlərinin.
Tiryəkisi oldum mən, o şirin sözlərinin.
Sənin üçün darıxdım, söylə mənə hardaydın?
Orda burda dolaşdım, səni ellərdən sordum.

Buna can dayanarmı, yoxmu insaf heç səndə?
Bu nə naz, bu nə işvə, can qalmadı bədəndə.
Məcnuna döndüm inan, macalmı qaldı məndə?
Orda burda dolaşdım, səni ellərdən sordum.

Yazanı : Dr. Fikrət Dundar
Tərcümə edəni : Dr. Şəfəq Bədəlova




SEVMƏRƏM ARTIQ ..

Yetər, istəmə məndən, ďönmərəm artıq
Sevirəm desən belə, sevmərəm artıq.
Keçmiş oldu o günlər, unuttum getdi.
Sevirəm desən bela, sevmərəm artıq

Yetdi artıq canıma girmə qanıma.
Qalmadı heç taqətim, cəkmərəm artıq.
 Nələr etdin sən nələr, gəlmə yanıma.
Sevirəm desən bela, sevmərəm artıq!

Soldu sevgi çiçəyim, keçdi baharım.
Döndü fəsil xəzana, ona yanaram.
Əsdi qəlbdə fırtına məhv etdi məni.
Sevirəm desən bela, sevmərəm artıq.

Bil uçardım səmada mən də bir zaman.
Qırıq indi qanadım, uçmaram artıq.
Xəyal oldu o günlər, halım çox yaman.
Sevirəm desən bela, sevmərəm artıq!


Yazanı : Dr.Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova




AĞLAR DURUR GÖZLƏRİM

Ağlar durar gözlərim, gözlərinə baxdıqca.
Yanar durar ürəyim, ürəyimi yaxdıqca.
Sızlar durar bu qəlbim, səndən uzaq qaldıqca
Söylə mənə gözəlim, söylə mənə nə oldu?

Yazanı :Dr.Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova



AH ÇƏKƏRƏK..

Ah çəkərək belə baxmasan könül,
Gül üstünə bir gül taxmasan könül.
Yanıb tutuşsan da yanmağa dəyməz.
Gün gələr bəlkə də coşarsan könül!

Nə etdim ki, belə bu könlüm ağlar.
Nə etdim fələyə könlümü dağlar.
Ürəyim hey inlər, qaralar bağlar.
Gün gələr bəlkə də coşarsan könül!.

Hər şirin sözə asan aıdanmasan.
Bir gözəl uğruna belə yanmasan.
Hər bildiyini də dostun sanmasan.
Gün gələr bəlkə də, coşarsan könül!


Yazanı :Dr Fikrət Dundar
Tərcümə edəni :,Şəfəq Bədəlova



BAXMASIN ÜZÜNƏ.....

Baxmasın üzünə, baxmasın ellər.
Əsməsin bağrına əsməsin yellər.
Aldığın nəfəsi qısqanıram mən.
Yalvarıram, tanrım mənə səbir ver!

Sevdiysəm könüldən, günahım varmı?
Bu bağrımı yaxan o gözəl yarmı?
Dağları aşmışam, tək qalan yarmı?
Yalvarıram tanrım, mənə səbir ver!

İstemirəm, kimsə bir ah almasın.
Mənim kimi yanıb, naçar qalmasın.
Fələyə küsərək xəbər salmasın.
Yalvarıram, tanrım mənə səbir ver!


Yazanı : Dr Fikrət Dundar
Tərcümə edəni :Şəfəq Bədəlova




BU YANAN QƏLBİMİ DAĞLARSAN ANAM

Bu yanan qəlbimi dağlarsan, anam!
Nədən, söylə, hər gün ağlarsan anam?
Dərdinmi var yoxsa, saxlama, söylə!
De niyə qaralar bağlarsan anam?

Nə yazıq ki, gedər oldun buradan.
Xəbərlər gəlmir heç anam oradan.
Bizi də alacaq bir gün yaradan.
De niyə qaralar bağlarsan anam?

Bizə her imkanı yaratdın anam.
Gün boyu durmadan çalışdın anam.
Əməyini biz necə ödəyərik?
De niyə qaralar bağlarsan anam?


Yazanı :Dr. Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova 03.12.2019 - Bakü






GƏL DESƏN GƏLƏRƏM

əl desən gələrəm, dediyin varmı?
Bir salam gözlərəm, verdiyin varmı?
Həsrətin məhv etdi, xəbərin varmı?
Bir salam gözlərəm, verdiyin varmı?

Uğruna ömrümü verərəm, inan.
bu qəlbim fədadır bu can.
Yaşamın dadı yox sənlə olmadan.
Bir salam gözlərəm verdiyin varmı?

Yoluna al güllər sərərəm hər gün.
Gülşəndən tək səni dərərəm hər gün
Gecəndə olaram gəl desən hər gün.
Bir salam gözlərəm, verdiyin varmı?

Yazanı : Dr Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova




GÖZLƏRİM YENƏ YAŞLIDIR

Gözlərim yenə yaşlıdır, kipriklərim hey nəmli.
Başım yenə dumanlıdır, qəlbim yenə kədərli.
Mənmi yazdım qədərimi, söyləyin mənə mənmi?
Başım yenə dumanlıdır, qəlbim yenə kədərli.

Yazanı : Dr Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova 04.12.2019 - Bakü


HƏSRƏT DOĞDU QƏLBİMƏ

Həsrət doğdu qəlbimə hey, nə olar, sən qaçaraq gəl.
Hüzün çökdü bağrıma hey, nazı burax coşaraq gəl.
Ürəyimdə bir sən varsan, darıxıram sənin üçün.
Hüzün çökdü bağrıma hey, nazı burax, qaçaraq gəl.

Bahar gəldi, yaşıllandı qarlı dağlar, qarşı bağlar.
Səni sorar bülbüllər hey, qəlbim sənin üçün ağlar.
Bu üç günlük dünyada eşq neyçün ürəkləri dağlar?
Hüzün çökdü bağrıma hey, nazı burax qaçaraq gəl.


Yazanı : Dr. Fikrət Dundar
Tərcümə edəni : Dr. Şəfəq Bədəlova




ÖMRÜMÜ ÇALAN İLLƏR

Məni mənə çox görən, ömrümü alan illər.
Yorğunam, yorğun artıq, ömrümü çalan illər.
Vəfa yoxmuş heç sizdə, nədir bu etdiyiniz?
Küskünəm sizə , küskün, ömrümü çalan illər.

Əlimizdə olmadan gəlmişik bu dünyaya.
Yaşamağa çalışdıq, daldıq dərin xəyala.
Keçərək getdi illər, inanın, fərq etmədən.
Küskünəm sizə küskün, ömrümü çalan illər.

Gələnlər hey gedir, bil, gedənlərsə bax, gəlmir.
Kimsə kimsənin halı necə, nədir, heç bilmir.
Anlasaydınız kaş ki, siz halımızı.
Küskünəm sizə küskün, ömrümü çalan illər!

Yazanı : Dr Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova




BAXIŞI GÖZLƏRİNDƏ...

Baxışı gözlərində,
Məni məst edər kimi.
Şirin gülüşü ilə,
Mən buyam, deyər kimi.

Mənə elə baxdı ki ...
Könlümü elə yaxdı ki ...
Bulaq kimi axdı ki..
 Sən axtar, deyər kimi.

Könlüm qovruldu getdi,
Ağlım sovruldu getdi.
Bağrım məhv oldu getdi.
Mən bitdim deyər kimi.

Yazanı :Dr. Fikrət Dundar
Tərcümə edəni : Şəfəq Bədəlova 03.12.2019 - Bakü





ŞQ MƏNZİLƏ HEÇ ÇATMADAN

Eşq mənzilə heç çatmadan,
Bir dəfə də sarılmadan,
Busə belə heç almadan.
Keçdi illər nar çiçəyim.

Sevdiyimə qırğınam mən.
Qədərimə küskünəm mən.
Bu qəlbimdən vurğunam mən.
Keçdi illər nar çiçəyim.

Arzu etdim, olmadın yar.
Dolaşdım mən diyar diyar.
Sənsiz mənim qəlbim sızlar.
Keçdi illər nar çiçəyim...

Yazanı : Dr. Fikrət Dündar
Tərcümə edəni ; Şəfəq Bədəlova



EŞQİNİ MƏNDƏ YAŞA ....

Eşqini məndə yaşa, elin könlündə deyil.
Sevmişdim dəli kimi, həm elə belə deyil.
Bir könül hekayəsi, bildiyin kimi deyil.
Sevmişdim dəli kimi, həm elə belə deyil..

Yazanı : Dr. Fikrət Dündar
Tərcümə edəni ; Şəfəq Bədəlova


HƏSRƏTİN QƏLBİMƏ SIĞMADI, AŞDIN

Həsrətin qəlbimə sığmadı , aşdın.
Qəlbi fərəhlədən yellər kimisən!
Sığmadın bəndinə sığmadın daşdın.
Çağlayaraq coşan sellər kimisən!

Səndə tapdım eşqi, bu son çağımda.
Mənlə bir mən oldun könül bağımda.
Yenə ələləydik alın yazımda.
Bu könlümə qaçan yellər kimisən!

Yazanı :Dr Fikrət Dundar
Tərcümə edəni :Şəfəq Bədəlova


QISQANARAQ DURMA MƏNİ

Qısqanaraq durma məni.
Eşqin ilə dərdimdəsən.
Başqa yerdə arama heç,
Əldə deyil, qəlbimdəsən.

Üzüb durma sən, ,nə olar.
Süzüb durma, bax ,nə olar.
Küsüb durma, gəl nə olar.
Əldə deyil, qəlbimdəsən.

Yad qızında heç gözüm yox.
Sevirəm mən, həsrətim çox.
Baxışların sanki bir ox. Əldə deyil,
qəlbimdəsən!


Yazanı: Dr.Fikrət Dundar
Tercüme edəni : Dr.Şəfəq Bədəlova


İLLƏR GƏLİB KEÇSƏ DƏ ....

İllər gəlib keçsə də, sənə sevgim azalmaz.
Sən olmaz isən əgər bahar olmaz, yay olmaz.
 Könlümün ilk meyvəsi, bahar Məltəmim mənim.
Sən olmaz isən əgər, bahar olmaz, yay olmaz. G

özəl günlər yaşadıq, illərcə biz birlikdə.
Xoşbəxtliyin açarı, dirlikdədir dirlikdə.
Sevgiyə layiq oldun, qəlbimizdə yer etdin.
Sən olmaz isən əgər, bahar olmaz, yay olmaz.

Qara gözlü ceyranım, mənim ilk göz ağrımsan.
Şən etdin yuvamızı, könüldən ilk çağrımsan.
Nə qədər sevdiyimi sözlə anladamam ki..
Sən olmaz isən əgər, bahar olmaz, yay olmaz.

Yazanı : Dr. Fikrət Dundar
Tərcümə edəni : Dr Şəfəq Bədəlova


HƏSRƏTLƏ YANIRAM
Həsrətlə yanıram mən aşa bilsəm bəndimi.
Biləsən, sevgi selin unutdurdu dərdimi.
Kəlmələr çarəsizdir, anladamaz sevgimi.
Şirin bir nəğməsən sən güney rüzgarlarından!
İnan, baharım oldun, heç getmə, qal istərəm.
Gözəl keçsin günlərim, yanımda qal istərəm.
Dodağımda dadın yox, bir damla bal istərəm.
Şirin bir nəğməsən sən, güney rüzgarlarından!
Yazanı : Dr. Fikrət Dundar
Tərcümə edəni : Dr. Şəfəq Bədəlova


SEVMİŞDİM BİR ZAMANLAR ....
Sevmişdim bir zamanlar, adını anan varmı?
Eşqdən tutuşub yandın, uğrunda yanan varmı?
Ah edərək inlədin, sənə inanan varmı?
Eşqdən tutuşub yandın, uğrunda yanan varmı?

Yazanı : Dr Fikrət Dundar
Tərcümə edəni : Dr.Şəfəq Bədəlova 07.12.2019

Formun Üstü
Formun Altı









Hiç yorum yok:

Yorum Gönder

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.